Fransanın erməni sakinlərinin məcburi köçürülməsi ilə bağlı iddiaları BMT, Beynəlxalq Qızıl Xaç Komitəsi, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) məlumatları ilə ziddiyyət təşkil edir.
AzerTimes xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə X hesabında Fransanın xarici işlər naziri Ketrin Kolonnanın iddialarına cavabında bildirib.
“Fransa azərbaycanlılara qarşı kütləvi deportasiyalar, hərbi cinayətlər və qırğınları heç vaxt diqqətə almayıb”, – A.Hacızadə qeyd edib.