Fransanın bir sıra ərazilərində prezident seçkilərinin ikinci turu başlayıb

Fransanın dənizaşırı ərazilərində prezident seçkilərinin ikinci
turunda səsvermə başlayıb.

Trend-in
məlumatına görə, seçki məntəqələri Sen-Pyer və Mikelonda açılıb.
Yaxın saatlarda Qvadelupa, Martinika, Fransa Qvianası və Fransa
Polineziyasında səsvermə prosesi başlayacaq.

Qeyd edək ki, Fransanın dənizaşırı ərazilərində təxminən 2
milyon seçici yaşayır. Bu, seçici elektorarının 4 faizinə
yaxındır.

Fransanın özündə isə bu gün ikinci tur ərəfəsində sükut günü
başlayıb.

Xatırladaq ki, Fransada prezident seçkilərinin birinci turu
aprelin 10-da baş tutub. Seçkilərdə hazırkı prezident Emmanuel
Makron, Marin le Pen və Jan-Lük Melanşon daxil olmaqla 12 namizəd
iştirak edib.

Səsvermə nəticəsində E.Makron 27,8 faiz, M.le Pen 23,1 faiz
səs

Birinci turda ən çox səs toplamış iki namizəd aprelin 24-də
keçiriləcək ikinci turda mübarizə aparacaq.