Fransanın Azərbaycandakı səfiri Ann Buayon AB diplomatiyasının rəhbəri Jozep Borrellin Bakının guya Qarabağda “böhran” yaratmasını əks etdirən fikirlərini paylaşıb.
AzerTimes xəbər verir ki, fransalı səfir bu paylaşımı ilə Borrellin fikrinə şərik olduğunu ortaya qoyub.
“Azərbaycan hakimiyyətinin borcudur ki, Laçın dəhlizi boyunca təhlükəsizliyi və hərəkət azadlığını tezliklə təmin etsin və böhranın daha da genişlənməsinə imkan verməsin”, – Buayon yazıb.
Qeyd edək ki, Borrellin “humanitra böhran” iddiasına Azərbaycan XİN-i rəsmi şəkildə cavab verib.
Xatırladaq ki, Azərbaycan İrəvanın təxribatlarının qarşısını almaq məqsədilə “Laçın” sərhəd buraxılış məntəqəsini humanitar və tibbi yardımlar istisna olmaqla, digər daşınmalar üçün bağlayıb. Bakı bir neçə dəfə Ağdam-Xankəndi yolu ilə Qarabağdakı ermənilərə ərzaq daşınmasını təklif etsə də, separatçılar bundan imtina ediblər.