Fransanın Azərbaycandakı səfiri Zaxari Qross minaya düşərək həlak olan iki azərbaycanlı jurnalistin ölümü ilə bağlı başsağlığı verib.
Trend-in məlumatına görə, səfir bu barədə öz “Twitter” səhifəsində yazıb.
Səfir bildirib: “Mən Kəlbəcərdə mina partlayışı nəticəsində Sirac Abışov və Məhərrəm İbrahimovun ölümündən təəssüfləndim. Onların yaxınlarına başsağlığımı bildirirəm”.
Qeyd edək ki, bu gün Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və 1982-ci il təvəllüdlü Azərtac İnformasiya Agentliyinin əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.
Həmin şəxslər işğaldan azad olunmuş ərazilərdə Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış yaşayış məntəqələrinin çəkilişini həyata keçirirdi.