Qəzzanın gələcəyini təyin etmək İsrailə düşməz.
AzerTimes xəbər verir ki, bu sözləri Fransanın xarici işlər naziri Ketrin Kolonna CNN televiziyasına açıqlamasında bildirib.
O, israilli rəsmilərin son zamanlar tez-tez dilə gətirdiyi Qəzza sakinlərinin “könüllü köç” planıyla əlaqədar açıqlamalarını “məsuliyyətsizlik” adlandırıb, məsələyə bu tərz yanşmanın hər iki tərəfi münaqişənin həlli yolundan uzaqlaşdırdığını bildirib:
“Beynəlxalq hüquq prinsipinə geri dönülməlidir. Qəzza gələcəkdə Fələstin dövlətinin bir parçası olmaq istəyən Fələstin torpağıdır. Hər iki tərəf üçün yeganə əlverişli variant olan ikidövlətli həll yolunu dəstəkləyirik”.