Fransanın şimalındakı Kulons kommunasının meri aramsız yağan yağışlar fonunda onları qadağan edən fərman verib.
AzerTimes xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
“Bildirilib ki, iyulun 15-də və avqust-sentyabr aylarında yağıntılar dayansın, o, yüngül külək və parlaq günəş işığı ilə əvəz edilsin”, – deyə mer Daniel Marriyerin imzaladığı sənəddə deyilir.
Fərmanını şərh edən Marriyer yay tətilinin əvvəlində belə bol yağıntı ilə heç vaxt qarşılaşmadığını bildirib.
O, izah edib ki, küçədə hökm sürən bədbin əhval-ruhiyyəyə görə, kommunasının bütün 227 sakininin əhval-ruhiyyəsini qaldırmaq üçün belə bir fərman vermək qərarına gəldi.
Onun sözlərinə görə, yumoru yüksək qiymətləndirilib və çoxlu müsbət rəylər göndərdilər.