Fransalı kəndirbaz Natan Polin Parisdə Eyfel qülləsindən Şayyo Milli Rəqs Teatrına qədər kanat üzərindən 670 metr məsafəni qət edib.
AzerTimes-ın məlumatına görə, bu barədə Actu Paris xəbər verib.
Məlumata əsasən, tədbir Fransanın Mədəni İrs Günləri çərçivəsində keçirilib. N.Polin marşrutu 68 metr yüksəklikdəki Eyfel qülləsindən başlayıb. Bundan sonra o yolun bir hissəsini Sena çayı üzərindəki 30 metr yüksəklikdə keçib və Şayo Teatrının dam örtüyünün səviyyəsinə, 56 metr yüksəkliyə qalxıb.
Bu yolu qət etmək üçün kəndirbaz 30 dəqiqə sərf edib.