Ağdam. Trend:
Fransalı hüquqşünaslar Yassine Yakouti və Elise Arfinin yerli media nümayəndələrinin müşayiəti ilə Ağdama səfərə gəliblər.
AzerTimes-ın məlumatına görə, səfər iştirakçıları Ağdam cümə məscidini ziyarət ediblər. Fransalı hüquqşünaslar Ağdamda gördükləri dağıntılar və vandalizm aktlarından məyus olduqlarını bildiriblər.
Ağdamdan sonra hüquqşünaslar Gəncəyə gedəcəklər.