Fransa Rusiya ordusunun Ukraynaya yeni hücumu ilə əlaqədar öz vətəndaşlarını dərhal Belarus ərazisini tərk etməyə çağırıb.
AzerTimes xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi bildirib.
“Rusiyanın Ukraynaya qarşı başlatdığı silahlı hücum və Belarus hava məkanının bağlanması kontekstində Belarusa hər hansı səfərlər rəsmi olaraq tövsiyə edilmir”, – XİN-in açıqlamasında qeyd olunub.