Biz təhlükəsizlik ehtiyaclarının şaxələndirilməsi istiqamətində fəal işləyirik, lakin mən təfərrüata varmayacağam.
AzerTimes xəbər verir ki, bu sözləri iyulun 25-də keçirdiyi mətbuat konfransında Ermənistanın Baş naziri Nikol Paşinyan Fransadan Ermənistana silah tədarükü prosesi barədə danışarkən deyib.
“Bilirsiniz ki, müdafiə nazirinin Fransaya səfərləri olub. Biz onları uğurlu hesab edirik və ümid edirik ki, konkret nəticələr verəcəklər”, – Paşinyan bildirib.