Fransadan Rusiyaya daha bir sanksiya: 24 milyard dollarlıq aktivlər donduruldu

Fransa Rusiya Mərkəzi Bankına aid 22 milyard avro (24 milyard
dollar) dəyərində aktivləri tamamilə dondurub.

AzerTimes xəbər verir ki, bunu
Fransa mətbuatına verdiyi açıqlamada İqtisadiyyat və Maliyyə naziri
Bruno Le Maire deyib.

Bruno Le Maire, həmçinin, fiziki şəxslərin hesablarında olan 150
milyon avronu da dondurduqlarını qeyd edib.