Fransadan qiyamçılara xəbərdarlıq: Sabah bitir!

Fransadan qiyamçılara xəbərdarlıq: Sabah bitir!

Fransanın xarici işlər naziri Ketrin Kolonna Nigerin Baş naziri Ouhomodo Mahamadou ilə bu ölkənin Parisdəki səfirliyində görüşüb.

AzerTimes xəbər verir ki, görüşdə Fransanın Qərbi Afrika İqtisadi Birliyinin (ECOWAS) Nigerdəki çevrilişin gedişatını dəyişmək səylərini birmənalı və qətiyyətlə dəstəklədiyi bildirilib.

“Nigerin gələcəyi və regionun sabitliyi təhlükə altındadır”, – XİN başçısı vurğulayıb.

Kolonna eyni zamanda qeyd edib ki, qiyamçılara verilən müddət sabah bitir:

“Nigerdəki qiyamçılar ECOWAS-ın hərbi müdaxilə xəbərdarlığını çox ciddi qəbul etməlidirlər”.

Qeyd edək ki, O. Mahamadou hərbi qiyam zamanı ölkədə olmayıb və hazırda geri qayıda bilmir.

Teqlər: