Pavel Durovun köməkçisi və mühafizəçisi sərbəst buraxılıb.
AzerTimes xəbər verir ki, bu barədə Fransanın “Fiqaro” nəşri Durovun işinə yaxın olan mənbəyə istinadla məlumat yayıb.
“Teleqramın təsisçisi Pavel Durovun onu daim izləyən mühafizəçisi və köməkçisi dindirildikdən sonra sərbəst buraxılıb”, – məlumatda qeyd olunub.
Mətbuat buraxılan şəxslərin adlarını açıqlamasa da, Durovun köməkçisinin Yuliya Vavilova olduğu bildirilir. Durov Bakıdan Parisə Yuliya Vavilova ilə birlikdə uçmuşdu.
Rusiya Teleqram kanalları isə Vavilovanın milyarderin sevgilisi olduğunu yazmışdılar.