Fransadan Bakı və İrəvana çağırış: Alqışlayırıq

Fransadan Bakı və İrəvana çağırış: Alqışlayırıq

Fransa mayın 10-11-də Almatıda Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında danışıqların yeni raundunun keçirilməsini alqışlayır.

AzerTimes xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin saytında dərc olunmuş bəyanatda deyilib.

Sənəddə aparılan delimitasiya işlərini sona çatdırmağın vacibliyi bildirilib:

“Fransa 2022-ci il oktyabrın 7-də Praqada keçirilən dördtərəfli görüşün davamı kimi tərəflərin 1991-ci il Almatı Bəyannaməsinə sadiqliyini və bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınmasını təsdiqləməsinin vacibliyini vurğulayır. Bu kontekstdə Fransa 19 aprel 2024-cü il tarixli bəyannamədə qəbul edilmiş prinsiplərə əsaslanaraq sərhədin delimitasiyasını, həmçinin iki ölkə arasında sülh müqaviləsinin imzalanması məqsədilə müzakirələri davam etdirməyə çağırır. Biz Qazaxıstan hakimiyyətinin bu danışıqları asanlaşdırmaq təşəbbüsünü alqışlayırıq. Fransa beynəlxalq hüquqa uyğun olaraq Cənubi Qafqazda ədalətli və davamlı sülhün bərqərar olması üçün tərəfdaşları ilə birgə fəaliyyətini davam etdirəcək”.

Teqlər: