Fransadan Azərbaycan şəhərinə “yardım” göndərildi

Fransadan Azərbaycan şəhərinə “yardım” göndərildi

Artıq 15 gündür Azərbaycanla sərhəddə yerləşən Kornidzorda Laçın sərhəd-buraxılış məntəqəsindən keçmək üçün gözləyən TIR-lara biri də qoşulub.

AzerTimes Globalinfo.az-a istinadən xəbər verir ki, separatçıların nümayəndəsi Vardan Sərkisyan yük maşınlarının ümumi sayının 22-yə çatdığını bildirib.

O, İrəvandan yola çıxan sonuncu yük maşınının Fransanın bir sıra bölgələrindən toplanan 20 ton ərzaq məhsulu daşıdığını deyib.

Qeyd edək ki, ilk olaraq İrəvandan Xankəndiyə 19 TIR göndərilmiş, sonra isə daha 2 TIR Azərbaycanla sərhəddə gəlmişdi.

Teqlər: