Fransa-Azərbaycan Parlament Dostluq Qrupu fəaliyyətini dayandırır.
AzerTimes xəbər verir ki, bu barədə Fransa-Azərbaycan Parlament Dostluq Qrupu rəhbəri, fransalı parlamentari Pyer Vatin məlumat yayıb.
“Milli Assambleyada rəhbərlik etdiyim Fransa-Azərbaycan Parlament Dostluq Qrupu fəaliyyətini və Azərbaycan Milli Məclisinin Azərbaycan-Fransa Dostluq Qrupu ilə əlaqələrini dayandırır”, – o, X sosial şəbəkəsində yazıb.