Fransadan AB-yə: ucuz aviabiletlərdən imtina et!

Fransadan AB-yə: ucuz aviabiletlərdən imtina et!

Fransa ekoloji vəziyyətlə əlaqədar Avropa Birliyini ucuz aviabiletlərdən imtina etməyə çağırır.

AzerTimes xəbər verir ki, Fransa Nəqliyyat Nazirliyində Avropa Birliyi səlahiyyətlilərinə karbon qazı tullantılarını azaltmaq üçün minimal qiymətlər siyasətini yenidən nəzərdən keçirmək təklif olunacaq.

Nazir Kleman Bonun sözlərinə görə, bununla da Paris “sosial və ekoloji dempinq ilə” mübarizə aparmaq niyyətindədir. O deyib ki, 10 avroluq ucuz aviabiletlər daha mümkün deyil.

Turizm sahəsində ekspert və “Trains for Europe” şirkətinin yaradıcısı Con Port bildirib ki, bu cür tədbirlər əhalinin müxtəlif təbəqələrinə qeyri-proporsional şəkildə təsir edəcək. Belə ki, imkanlı şəxslər müntəzəm olaraq təyyarə ilə uçmağa davam edəcək, azgəlirli sərnişinlər isə başqa bir ölkədə həftəsonundan imtina etmək məcburiyyətində qalacaqlar.

Teqlər: