Fransada rekord istilərə görə yaranan quraqlıq səbəbindən 24
departamentdə şirin sudan istifadə ilə bağlı qərar verilib.
AzerTimes-ın məlumatına görə, bu barədə “Le Figaro” qəzeti xəbər
verib.
Məlumata əsasən, quraqlıqdan təsirlənən departamentlərdə
hovuzların su ilə doldurulmasına, avtomobillərin yuyulmasına və
bəzi hallarda bağların suvarılmasına qadağa kimi məhdudlaşdırıcı
tədbirlər tətbiq edilib.
Nəşr əsasən ölkənin qərbində və cənubunda yerləşən istilərdən
zərər çəkən departamentlərin siyahısını dərc edib.