Fransada yüz mindən çox sakin sanitar buraxılış vərəqələrinə qarşı aksiyalara qoşulub

Fransada 114 min sakin koronavirus pandemiyası zamanı kafe və restoranlarına keçmək üçün nəzərdə tutulan məcburi sanitar buraxılış vərəqələrinin tətbiqinə qarşı etiraz aksiyalarına çıxıb.

AzerTimes-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə respublikanın Daxili İşlər Nazirliyi məlumat verib.

Bildirilir ki, yeni qaydalarla bağlı mitinqlər Paris, Nant, Strasburq, Perpinyan, Bordo, Nitsa, Tuluza və digər şəhərlərdə baş tutub.


Xatırladaq ki, respublikada avqust ayından başlayaraq bar, restoran və ticarət mərkəzlərinə keçmək üçün sanitar buraxılış vərəqələri tələb olunacaq. Təyyarə və uzaq məsafə qatarlarına yalnız koronavirusa qarşı peyvəndlənən və testinin mənfi nəticəsini göstərən sənəd təqdim edənlər buraxılacaq.

Teqlər: