Fransada yarım milyon insan küçələrə axışdı

Fransada yarım milyon insan küçələrə axışdı

Fransa polisi paytaxt Parisdə etirazçı kütləyə qarşı gözyaşardıcı qazdan istifadə edib.

AzerTimes xəbər verir ki, bu barədə “Le Monde” məlumat yayıb.

Bildirilib ki, pensiya islahatlarına qarşı ayağa qalxan nümayişçilər polisə müxtəlif sərt predmetlər atmağa başlayıblar.

Volter bulvarında polis qüvvələri ilə etirazçılar arasında qarşıdurma yaşanıb. 22 nəfər həbs edilib.

Həmçinin Bordo, Tuluza, Lion və Nant şəhərlərində də etirazlar fonunda qarşıdurmalar baş verib.

Məlumata görə, bu gün bütün ölkə aksiyalarda iştirak edənlərin sayı 516 minə çatıb.

Teqlər: