Fransanın paytaxtı Parisdən və ətraf departamentlərdən olan
yüzlərlə taksi sürücüsü yanacağın bahalaşmasına etiraz əlaməti
olaraq İqtisadiyyat və Maliyyə Nazirliyinin qarşısına toplaşıb.
Trend yerli KİV-ə istinadən xəbər verir ki, Aksiyanın
təşkilatçıları Milli Taksi Federasiyası və Birləşmiş Taksi
Kirayəçiləri İttifaqıdır.
Etirazçılar yanacağa ƏDV-nin indiki 10 faizdən əvvəlki 5,5 faiz
səviyyəsinə endirilməsini, daxili enerji istehlakına üzən vergi
tətbiq edilməsini və elektromobillərə keçidə kömək etməyi tələb
edirlər.
Nümayişlər Fransanın digər şəhərlərində də keçirilib.