İsmayıllı şəhəri ilə Fransanın Evian-Le Ba şəhəri arasında əməkdaşlıq nizamnaməsi çərçivəsində təməli qoyulan Xurşidbanu Natəvanın abidəsi şəhər meriyası tərəfindən söküləcək.
AzerTimes xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Heykəl artıq parça ilə örtülüb.
Qeyd edək ki, abidənin stendlərinin yerləşdiyi “Azərbaycan parkı” adını bildirən bütün lövhələr sökülüb.