Fransanın Marsel şəhərində baş verən silahlı hücum nəticəsində ən az bir nəfər ölüb, üç nəfər bıçaqlanıb.
AzerTimes-ın məlumatına görə, bu barədə BFMTV televiziya kanalı bildirib.
Məlumata əsasən, hadisə Marselin 11-сi dairəsində yerləşən uşaq bağçası yaxınlığında yerli vaxtla saat 17:00 radələrində baş verib.
Hadisə yerinə gələn polislər güllə yarası alan 18 yaşlı gənc oğlanı aşkar edib. Daha sonra o aldığı xəsarətlərdən ölüb. Telekanal öz mənbələrinə istinadən qeyd edib ki, ölən şəxs narkotik ticarəti ilə məşğul olub.
İlkin məlumata görə, yoldan keçən üç nəfər xəsarət alan şəxsin köməyinə qaçsa da, naməlum şəxs bıçaqla onlara hücum edib. Polislər axtarış aparır.