Cari ildə Fransada ÜDM-in 6 faiz artacağı gözlənilir.
Trend TASS-a istinadən xəbər verir ki, bunu ölkə prezidenti Emmanuel Makron bildirib.
“Biz ÜDM-in 6 faiz artmasını gözləyirik”, – deyərək, Makron beləliklə Fransanın “Avropa iqtisadiyyatının lider qrupunda qalacağını” vurğulayıb. Daha əvvəl ölkə hökuməti 5 faiz göstəricini nəzrdə tutub, lakin sonra Avropa komissiyası və Fransa Milli statistika və iqtisadi tədqiqatlar İnstitutunun iki həftə əvvəl verdiyi rəyə əsaslanaraq mövcud proqnoza yönəlib. Bununla belə, “Bank de France” 2021-ci ildə ÜDM artımının 5.75 faiz olacağını təxmin edir.
“Ötən il pandemiya səbəbi ilə 300.000 iş yerimizi itirdik. Cari ildə isə artıq 187.000 işi bərpa etdik”, – Fransa lideri əlavə edib.