Fransada üçüncü karantin rejiminin tətbiqi istisna olunmur – Baş nazir

Xəbər - Orxan Nəbiyev – Trend:

Fransa hökuməti koronavirus pandemiyası ilə bağlı ölkədəki sanitar vəziyyətin pisləşəcəyi təqdirdə üçüncü karantin rejiminin tətbiq olunmasını istisna etmir.

AzerTimes-ın məlumatına görə, bunu ölkənin baş naziri Jan Kasteks yerli mətbuata müsahibəsində deyib.

O bildirib ki, son günlərdə yoluxma tempi azalsa da epidemioloj vəziyyətin yaxşılaşması ilə bağlı əminlik yoxdur:

“Karantin rejimi son vasitə olsa da onun epidemiya ilə mübarizədə müsbət təsiri aşkardır”.


Qeyd edək ki, bu günədək Fransada 3,3 mlyona yaxın şəxs koronavirusa yoluxub, 78 603 nəfər vəfat edib.