Fransada üç etirazçı həbs olundu

Fransada üç etirazçı həbs olundu

Fransanın Qrenobl məhkəməsi üç etirazçıya 3 aydan 4 aya qədər həbs cəzası verib.

AzerTimes xəbər verir ki, bu barədə “Fransa info” radiostansiyası məlumat yayıb.

Qeyd olunur ki, hər üç məhkum küçə iğtişaşları zamanı quldurluğa cəhd etdiklərinə görə cəzalandırılıb.

Xatırladaq ki, Fransada etirazlar iyunun 27-də axşam saatlarında Paris ətrafında 17 yaşlı yeniyetmənin polis tərəfindən öldürülməsindən sonra başlayıb.

Teqlər: