Fransada Paris bölgəsinin bir hissəsi olan Esonne departamentində tətildə iştirak edən 18 traktor sürücüsü saxlanılıb.
AzerTimes xəbər verir ki, bu barədə “Fiqaro” nəşri məlumat yayıb.
Polis traktor sürücülərinin nəqliyyatın hərəkətinə mane olduqları üçün saxlanıldıqlarını bildirib.
Bundan başqa, Fransa daxili işlər naziri Cerald Darmaninin əmri ilə Esonne və Luara departamentlərinə əlavə zirehli maşınlar göndərilib.
Bildirilir ki, traktorçular Parisə gedən bir sıra yolları, xüsusən paytaxtı iri regional şəhərlərlə birləşdirən A1, A4 və A6 magistral yollarını bağlayıblar.
Qeyd edək ki, fransız fermerlər yüksək vergilərə və bahalaşmaya qarşı çıxır, Fransa və AB-də tətbiq edilən ekoloji standartlarla bağlı məhdudiyyətlərin ləğvini tələb edirlər.