Fransanın şimalındakı Kale kommunasında qeyri-qanuni miqrantların düşərgəsinin dağıdılması zamanı 15 hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.
Trend xəbər verir ki, bunu Fransanın Polis Həmkarlaq İttifaqı rəsmi “Twitter” səhifəsində açıqlayıb.
Paylaşımda zərərçəkmiş polis əməkdaşlarına dəstək ifadə olunaraq, əməliyyatlar zamanı miqrant zorakılığından qorunmaq üçün qoruyucu vasitələrdən istifadə etmək lazım olduğu vurğularnır.
Xəsarət almış polislərdən 14-ü xəstəxanalara yerləşdirilib.
Qanunsuz miqrantları düşərgədən çıxarılması zamanı yüzə yaxın qaçqın 60 polis əməkdaşına hücum edib. Hüquq-mühafizı orqanlarının əməkdaşları gözyaşardıcı qazdan və xüsusi rezin mərmilərdən istifadə etməli olublar.