Fransada ticarət mərkəzində silahlı hücum törədilib

Fransanın mərkəzi hissəsində yerləşən Kle-Sui (Sena və Marna departamenti) kommunasında soyuq silahla hücum törədilib.

AzerTimes-ın məlumatına görə, bu barədə Fransa daxili işlər naziri Jerald Darmanen “Twitter” səhifəsində bildirib.

Hadisə ticarət mərkəzində baş verib. Mərkəz daxilində yerləşən telefon danışıq məntəqəsində müştəri işçi ilə təqdim edilən hesab üstündə dalaşıb və sonra onu bıçaq zərbəsi endirib. Cinayətkar digər münaqişəyə müdaxilə edən şəxsi də bıçaqlayıb.


Hücum edən şəxs saxlanılıb. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. Yaralılardan birinin vəziyyəti ağır kimi qiymətləndirilir.

Teqlər: