Fransanın şimalında Bondyu aerodromu yaxınlığında təyyarə qəzası nəticəsində ən az iki nəfər həlak olub.
AzerTimes-ın məlumatına görə, bu barədə BFMTV yerli yanğınsöndürmə idarəsinə istinadən xəbər verib.
Məlumata əsasən, yerə çırpıldıqdan sonra təyyarə yanğmağa başlayıb. İlkin məlumatlara görə, təyyarədə təlimçi-pilot və tələbə olub.
Hadisə yerinə 37 yanğınsöndürmə briqadası göndərilib.