Fransada təxribat törədənlərin kimliyi bilindi

Fransada təxribat törədənlərin kimliyi bilindi

Fransalı müstəntiqlər ötən həftə Olimpiya Oyunlarının açılış mərasimindən öncə 3 dəmir yolu xəttində törədilən təxribatın arxasında solçu ekstremistlərin dayandığını düşünürlər.

AzerTimes xəbər verir ki, bu baradə “France 2” telekanalına müsahibəsində ölkənin daxili işlər naziri Jerald Darmanin deyib.

O qeyd edib ki, təxribatçıların əməliyyat tərzi solçu ekstremistlərə xas xüsusiyyətlərə malikdir.

Nazirin sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları bir neçə nəfərin profilini müəyyən edib.

Xatırladaq ki, Fransa mediası dəmir yolunda irimiqyaslı təxribata görə məsuliyyəti radikal solçulardan ibarət anonim qrupun öz üzərinə götürdüyünü yazmışdı.

Teqlər: