Terror aktının qarşısı alındı

Terror aktının qarşısı alındı

Fransada saxlanılan keçmiş hərbçi İŞİD terror təşkilatı adına terror aktı törətməyi planlaşdırdığını etiraf edib.

Adı açıqlanmayan 34 yaşlı kişi Parisin şimalında, Evryo şəhərində yerləşən hərbi bazada saxlanılıb.

Keçmiş hərbçinin avtomobilində onun İŞİD tərəfdarı olduğunu göstərən informasiyanın yer aldığı fləşkart aşkarlanıb.

Avtomobildən həm də, tüfəng, iki tapança və hərbi sursat tapılıb.

Qeyd edək ki, terror aktı planlaşdırılan hərbi bazada Fransa prezidentinin istifadə etdiyi A330 təyyarəsi və xarici kəşfiyyat idarəsinin xüsusi bölməsi yerləşir.