Fransada son sutkada 30 minə yaxın koronavirusa yoluxma halı qeydə alınıb.
AzerTimes-ın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin səhiyyə nazirliyi xəbər yayıb.
Bildirilir ki, sutka ərzində koronavirusa 29 759 nəfər yoluxub.
Virusun törətdiyi fəsadlardan ölənlərin sayı son sutkada 169 olmaqla nəfər artaraq ümumilikdə 64 978-ə yüksəlib.