Fransada sinaqoqun yaxınlığında avtomobillər yandırılarkən içəridə 5 nəfər olub.
AzerTimes xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
“Fransanın Milli Terrorla Mübarizə Prokurorluğu hadisədən sonra yanğın yerinə gələn bələdiyyə polisinin və bir neçə nəfərin yaralandığını təsdiqləyib”, – məlumatda deyilir.
Qeyd edək ki, Fransanın cənubunda sinaqoqun qarşısında iki avtomobilin yandırıldığı barədə informasiya yayılmışdı. Belə ki, naməlum şəxs avtomobillərin arasına qaz balonu qoyub.