Fransanın cənubundakı Marsel şəhərində bıçaqla silahlanmış şəxs
polis əməkdaşlarına hücum edib.
Trend-in
məlumatına görə, hadisə nəticəsində bir polis yaralanıb.
Hücum edən şəxsi zərərsizləşdirilməsi üçün odlu silahdan atəş
açılıb. Həmin şəxs yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hazırda hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.