Fransada seçkiqabağı sorğusu Makronun Le Peni 1 faiz fərqlə keçdiyini göstərdi

Fransanın “Milli Birlik” partiyasının lideri Marin Le Pen
seçkiqabağı yarışında rəqibi, hazırkı Fransa prezidenti Emmanuel
Makron üzərində fərqi 1 faizə endirib.

AzerTimes-ın məlumatına görə, bu barədə “Elabe” şirkəti tərəfindən
keçirilən seçkiqabağı sorğu əsasən məlum olub.

Bu sorğuya əsasən, hələ də E.Makron liderlik edir. Aprelin 10-da
keçiriləcək seçkilərin birinci turunda o, 26%, Le Pen 25% səs
toplaya bilər. İkinci turda (aprelin 24-nə nəzərdə tutulub) fərq
yenə də çox azdır. Makron 51%, əsas rəqibi isə 49% səs toplaya
bilər.

Teqlər: