Fransada prezident seçkiləri çərçivəsində teledebatları
izləyənlərin yarıdan çoxu (59%) namizədliyini irəli sürən hazırki
ölkə başçısı Emmanuel Makronun rəqibi Marin Le Pendən daha
inandırıcı olduğunu bildirib.
Trend xəbər
verir ki, bu barədə yerli BFM TV apardığı sorğunun nəticələrinə
əsasən məlumat verib.
“Emmanuel Makron izləyicilərin 59%-i tərəfindən bu debatlarda
daha inandırıcısı hesab edilib. Marin Le Pen tamaşaçıların 39%-nin
rəğbətini qazanıb”, – telekanal bildirib.
Təxminən iki faiz izləyici hər-hansı qərar qəbul etməkdə
çətinlik çəkib.
Teledebatlar 2 saat 50 dəqiqə davam edib.
Xatırladaq ki, aprelin 10-da Fransada prezident seçkilərinin
birinci turu keçirilib. Seçkidə 12 namizəd iştirak edib. Hazırki
ölkə başçısı 27,84%, onun əsas rəqibi Marin Le Pen isə 23,15% səs
toplayıb. Prezident seçkiləri çərçivəsində ikinci tur səsvermə
aprelin 24-də keçiriləcək.