Fransada baş tutmuş parlament seçkilərinin birinci turunun ilkin nəticələri açıqlanıb.
AzerTimes xəbər verir ki, “Elabe” sosioloji xidmətinin proqnozuna görə, solçu “Yeni Xalq Ekoloji-Sosial Birliyi” (NUPES) koalisiyasının nümayəndələri səs çoxluğu qazanıblar.
Məlumata görə, “Tabe olmayan Fransa” solçu partiyanın lideri Jan-Lük Melenşonun təşəbbüsü ilə yaradılmış NUPES koalisiyasının nümayəndələri 26,2%, “Birgə!” hakim koalisiyasının namizədləri 25,8 faiz səs toplayıb.
Bununla belə, Fransada majoritar seçki sisteminin xüsusiyyətlərinə görə, hakim koalisiya parlamentdəki yerlərin əksəriyyətini saxlayacaq.