Fransada sanitar buraxılışlara qarşı keçirilən etiraz aksiyalarında azı 121 min nəfər iştirak edib.
Trend xəbər verir ki, bu barədə “BFM” telekanalı Daxili İşlər Nazirliyindəki mənbələrinə istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, Parisdəki aksiyalara 19 min iştirakçı qatılıb. Etiraz aksiyaları zamanı 76 nəfər saxlanılıb, onlardan 70-i paytaxtda saxlanılıb. Aksiyalar zamanı 3 polis əməkdaşı xəsarət alıb.
Xatırladaq ki, sentyabrın 4-ü keçirilən etiraz aksiyalarında 141 min nəfər iştirak etmişdi.