Fransada Qurban bayramını qeyd edənlərə hücum…

Fransada Qurban bayramını qeyd edənlərə hücum…

Paris yaxınlığında naməlum şəxs Qurban bayramı qeyd olunan zala hücum edərək iki nəfəri yaralayıb.

AzerTimes BFMTV-ə əsasən xəbər verir ki, Bonneuil-sur-Marne vilayətində silahlı şəxs Qurban bayramını qeyd etmək üçün idman zalında toplanan müsəlmanlara hücum edib.

Hadisə zamanı iki nəfər yaralanıb, onlardan biri meriyanın əməkdaşı olduğu bildirilir. Hücum zamanı idman zalında müsəlman icmasının 200-ə yaxın nümayəndəsi olub.

Qeyd edilir ki, hücum edən səhər saatlarında sərxoş halda yaşlı kişiyə hücum edib, diqqət çəkəndən sonra isə müsəlmanların bayram qeyd etdiyi zalda gizlənməyə çalışıb.

Hadisəni törədən şəxs yerindəcə saxlanılıb, onun əməlinin motivləri aydınlaşdırılır.

Teqlər: