Fransada Qətər səfirliyinin mühafizəçisi öldürülüb

Parisdə Qətərin Fransadakı səfirliyinin mühafizəçisi qətlə
yetirilib.

Trend-in
məlumatına görə, bu barədə Fransa polisi bildirib.

Qeyd olunur ki, mühafizəçi səfirlik binasının qarşısında
mübahisə zamanı öldürülüb.

Polis şübhəli şəxsi saxlayıb. Hazırda insidentlə bağlı araşdırma
aparılır.