Fransa dəniz xidmətləri Pas-deKale boğazını keçməyə çəhd göstərən qanunsuz miqrantların olduğu bir neçə gəmini saxlayıb.
AzerTimes-ın məlumatına görə, bu barədə La-Manş və Şimal Dənizi zonasının prefekturası bildirib.
Məlumata əsasən, miqrantlar oradan Böyük Britaniyaya keçmək istəyib. Bildirilib ki, ümumilikdə 80 nəfər xilas edilib.
Hakimiyyət orqanlarının verdiyi məlumata görə, xilasedicilər 2 qayıqda 42 miqrant aşkar edib. Onlar Bulon-syur-Mer limanına sahilə çıxarılıb və həkimlər tərəfindən müayinə edilib. Bundan sonra xilasedicilər daha 38 qanunsuz miqrantı başqa bir gəmidən çıxarıb Kale limanına aparıblar.