Fransanın cənubundakı dəmir yolu xəttində qatar relsdən çıxıb.
AzerTimes xarici mediaya istinadən xəbər verir ki, hadisənin baş verməsinə səbəb sürüşmə olub.
Məlumata görə, xilasedicilər vaqonlarda olan sərnişinlərə kömək etmək üçün hadisə yerinə cəlb olunublar.
Qeyd edilib ki, maşinist də daxil olmaqla, qatardakı doqquz nəfərdən beşi yüngül xəsarət alıb.