Fransada prezident postu uğrunda mübarizə gərginləşir

Fransa prezidenti Emmanuel Makron hələ də prezidentlik yarışında
liderlik edir, lakin ultrasağçı “Milli birlik” partiyasının lideri
Marin Le Penlə aralarında olan fərq getdikcə azalır.

Trend xəbər verir ki, bu “Elabe” Araşdırma İnstitutunun
sorğusunun nəticələrində əks olunub.

Nəticələrə əsasən, respondentlərin 28,5%-i hazırda Makrona səs
vermək niyyətindədir. Onun ən yaxın rəqibi Marin Le Pen-ə isə rəyi
soruşulanların 22%-i səs verməyə hazırdır. Qeyd olunur ki, bu
göstərici bir neçə gün bundan əvvəlki rəqəmlərdən artıqdır.

Qeyd edək ki, prezident seçkilərinin 1-ci turu aprelin 10-na
təyin edilib.

Teqlər: