Fransada polis zorakılığına qarşı etiraz aksiyası keçirilib.
AzerTimes xəbər verir ki, aksiyada 30 mindən çox insan iştirak edib.
Nümayişçilər arasında həmkarlar ittifaqları və tələbə hərəkatlarının, o cümlədən siyasi partiyaların nümayəndələri var. Yürüş iştirakçıları polis əleyhinə şüarlar səsləndirib, hüquq-mühafizə orqanları əməkdaşlarının zorakılığından zərər çəkənlərlə həmrəyliklərini bildiriblər.