Fransada PKK tərəfdarları Parisdəki Şarl de Qoll hava limanında işçilərə hücum edib.
AzerTimes xəbər verir ki, bununla bağlı Türkiyə mediası məlumat yayıb.
Onlar PKK-çı Firaz Qorxmazın Türkiyəyə ekstradisiyasına mane olmaq istəyiblər.
PKK-çılarla hava limanı işçiləri arasında əlbəyaxa dava baş verib. Əraziyə dərhal hərbçilər yeridilib. Hücum nəticəsində hava limanının 3 əməkdaşı yaralanıb.
Hücum edənlərdən heç kimin saxlanılmadığı da bildirilib.