Fransada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 66 794 yoluxma halı qeydə alınıb.
AzerTimes-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 4,8 milyonu ötüb.
Məlumata əsasən, ötən sutka koronavirusdan 185 nəfər ölüb, ölənlərin ümumi sayı 95 678 nəfər təşkil edir.
Ölkə prezidenti reanimasiya şöbələrində çarpayı saylarının artırılacağını vəd edib və koronavrusa qarşı peyvənd kampaniyasının aktivlişdirilməsi üzərində çalışdığını bildirib.