Fransada ötən sutka koronavirusa 30 mindən artıq yoluxma qeydə alınıb

Fransada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 30 702 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın “Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 4,5 milyonu ötüb.

Məlumata əsasən, ötən sutka koronavirusdan 381 nəfər ölüb, ölənlərin ümumi sayı 95 337 nəfər təşkil edir.

Avropa qonşularından fərqli olaraq Fransa üçüncü dəfə sərt karantin rejimini tətbiq etməkdən çəkinib və məktəbləri açıq saxlayıb, lakin 16 yanvar tarixindən qüvvədə olan gecə saatlarında komendant saatı hələ davam etdirilir.

Teqlər: