Fransada ötən sutka koronavirusa 23 mindən çox yoluxma qeydə alınıb

Fransada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 23 924 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 3 035 181 nəfərə çatıb.


Məlumata əsasən, ötən sutka koronavirusdan 230 nəfər ölüb, ölənlərin ümumi sayı 72 877 nəfər təşkil edir.