Fransada ötən sutka koronavirusa 150 minə yaxın yoluxma halı
qeydə alınıb.
AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin ictimai səhiyyə
agentliyindən bildiriblər.
“Sutka ərzində ölkədə 148,6 mindən çox təsdiqlənmiş yoluxma halı
qeydə alınıb”, – deyə agentlikdən bildirilib. Yoluxma səviyyəsi 100
000 nəfər 1 025 yoluxma halına qədər yüksəlib. Bu rəqəmlər ötən
həftənin göstəricilərindən çoxdur. Martın 15-də Fransada təxminən
116 min yoluxma halı qeydə alınıb və hər 100 min nəfərə 679 yoluxma
halı təşkil edib.
Martın 24-nə olan məlumata görə, ölkədə 141 mindən çox fransız
koronavirusdan dünyasını dəyişib. Həftə ərzində ölənlərin sayı 612
olub.